Rusiya kəşfiyyatı Harrisə qarşı - VP

09:28 4 Noyabr 2024

ABŞ-da prezident seçkiləri çox yaxında baş tutacaq. Rusiya Respublikaçılar Partiyasının namizədi Donald Trampdan yana olsa da, nəticələrə biganəlik nümayiş etdirməkdə davam edir.

Sitat.info xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Putin ABŞ-da keçiriləcək seçkidə kimə üstünlük verdiyi ilə bağlı sualı cavablandırarkən Baydenin adını çəkib. Lakin o, yarışdan kənarlaşdırıldı və bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi.

Nəşr qeyd edir ki, Putinin bu açıqlaması xüsusi olaraq Moskvanın daha ​​çox fayda əldə edə biləcəyi Trampın qələbə istəyini gizlətmək üçün edilib.

Belə ki, Kreml və Rusiya hərbi kəşfiyyatı demokrat namizəd Harris və onun vitse-prezident təyin etmək istədiyi Tim Valza qarşı dezinformasiya kampaniyası ilə məşğul olub. Eyni zamanda, Putin Qərbin Ukraynaya dəstəyini sarsıtmağa çalışır və Tramp tez-tez ABŞ-ın Kiyevə yardım xərclərini tənqid etdiyinə görə rusların "proqramı"na uyğun gəlir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri sabah keçiriləcək./Axar.az



Xəbər xətti