Ukraynada ümidlər ölür: "Torpaqlarının tam azad edilməsi mümkün deyil..."

16:38 4 Noyabr 2024

Xarici İşlər üzrə köşə yazarı Riçard Haas hesab edir ki, Ukrayna və onun müttəfiqləri 1991-ci il sərhədlərinə qayıtmağın mümkünsüzlüyünü tanımalı və diqqətini Ukraynanın suverenliyinin qorunmasına yönəltməlidirlər.

Sitat.info xəbər verir ki, Haas ABŞ və müttəfiqlərini hərbi əməliyyatları dayandırmaq və gələcək dağıntılardan və iqtisadi çətinliklərdən qaçmaq üçün Kiyevi Moskva ilə danışıqlara sövq etməyə çağırır.

Onun fikrincə, Ukrayna ordusu hətta Qərbin dəstəyi ilə belə, Çin, İran və Şimali Koreyanın dəstəklədiyi Rusiya qüvvələrinin ciddi üstünlüyü səbəbindən işğal olunmuş bütün əraziləri azad edə bilməyəcək.

Türkanə,

Sitat.info 

 

 



Xəbər xətti