Ukraynada qadınlar hərbi səfərbərliyə cəlb edilə bilər. Artıq bu barədə təkliflər səslənməkdədir. Canlı qüvvənin getdikcə tükəndiyi Ukraynada müharibənin davam etdirilə bilməsi üçün müxtəlif variantlardan istifadə oluna bilər ki, onun da biri qadınların orduya cəlb olunmasıdır.
Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın deputatı Bezuqlaya danışıb.
O bildirib ki, Ukraynada qadınların səfərbər edilməsi zəruridir.
Ali Radanın deputatı hesab edir ki, bu, arxa cəbhədəki vəzifələrin doldurulması və onların hərbi sənayedə işə cəlb edilməsi ilə başlamalıdır.
Nigar,
Sitat.info