Ukrayna Qətərin və ya başqa ölkənin vasitəçiliyi ilə Rusiya ilə enerji infrastrukturu obyektlərinə hücumların dayandırılmasına dair sazişin bağlanması imkanlarını nəzərdən keçirməyə hazırdır.
Sitat.info Axar.az -a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Yermak qeyd edib ki, bu baxımdan "taxıl müqaviləsi"nə bənzər bir prinsip tətbiq oluna bilər.
Lakin o bildirib ki, hazırda Kiyev və Moskva arasında danışıqlar aparılmır.