Rusiya nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - XİN

21:54 4 Noyabr 2024

Rusiya Ukraynanın ərazisindəki nüvə infrastrukturuna zərbələr endirmək üçün hazırlıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında məlumat verib.

O bildirib ki, dünya bunun baş verməsinin qarşısını almalıdır:

“Biz onları qorumaq məcburiyyətindəyik, bir tərəfdən, dünya da buna sərt və qətiyyətlə reaksiya verməlidir ki, bu baş verməsin”.

Ukrayna xarici işlər naziri Qərb kollektivinin Ukraynaya olan yardımının xeyriyyəçilik olmadığını, əksinə, transatlantik təhlükəsizlik üçün bir sərmayə olduğunu qeyd edib.

Nazir bu qərarları konkret praktik addımlara çevirməyin çox vacib olduğunu vurğulayıb.



Xəbər xətti