İsrail Dəməşq hava limanının yaxınlığına zərbə endirdi

22:48 4 Noyabr 2024

İsrail hərbi təyyarələri Dəməşq hava limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur məlumat verib.

“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, - məlumatda qeyd olunub.



Xəbər xətti