Gürcüstandan Rusiyaya “Verxniy Lars” beynəlxalq keçid məntəqəsindən keçən yol ağır yük maşınları üçün bağlanıb.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan məlumat verib.
“Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - deyə attaşe qeyd edib.
Keçid minik avtomobilləri üçün açıqdır.
Qeyd edək ki, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru yoludur./Musavat.com