BƏƏ naziri Azərbaycana gəlir

23:22 8 Noyabr 2024

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, xanım nazir Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Qeyd edək ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə "Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər.



Xəbər xətti