Deputat: "Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidir"

17:15 20 Noyabr 2024

"Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidirlər".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, orta təhsil müəssisələrində psixoloqların xidməti, kadr çatışmazlığı məsələsi gündəmə gətirilir:

"Psixoloqlar məktəblərə şagird sayına görə qəbul oluna bilər. Lakin burada əsas məsələ peşəkarlıq və stimullaşdırıcı addımların atılmasıdır".



Xəbər xətti