Dünən Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, saat 20:00 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində "BakuBus" MMC-yə məxsus avtobus 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızını vurub.
Xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.