İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında yerləşən vulkan bu il 7-ci dəfə püskürüb.
Sitat.info xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Reykjanes yarımadasındakı vulkan dünən yenidən püskürüb.
Açıqlamada partlayışdan sonra vulkanın ətrafında 3 kilometr uzunluğunda çatın əmələ gəldiyi qeyd edilib və hadisənin hava yolları üçün təhlükə yaratmadığı açıqlanıb.
Rəsmilər ətraf ərazilərdə qaz emissiyaları ilə bağlı xəbərdarlıq edib.
Digər tərəfdən, ərazidəki təxminən 50 sakin təxliyə edilib.
Bildirilir ki, sözügedən partlayış bir il ərzində bölgədə 7-ci vulkanik aktivlikdir.
Nigar,
Sitat.info