"Avropa ölkələrinin rəhbərlikləri öz ölkələrindən qoşun və ya Kiyevə dəstək üçün özəl muzdlular göndərmək fikrində yekdil deyil, lakin bəziləri bu barədə düşünür".
Sitat.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə Fransanın “Le Monde” qəzetində yer alan məqaləyə bildirib.
Məqalədə, Tramp administrasiyasının Kiyevə mövcud dəstəkdən imtinası fonunda, Avropa liderlərinin Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələrə qayıtması barədə məlumat yayıb.
“Siz və mən bu xəbərlərin nə dərəcədə doğru olduğunu bilmirik”, - deyə Kreml sözçüsü deyib.
"Əvvəllər təbii ki, bu cür fikirlər müxtəlif Avropa paytaxtlarından səslənirdi, lakin bu fikrin lehinə müxtəlif əks-arqumentlər də səslənirdi. Avropalıların bu məsələdə vahid rəyi yoxdur, lakin təbii ki, bəzi qızğın başlar görünür”.
Tehran,
Sitat.info