Xamenei Beynəlxalq Cinayət Məhkəməsini İsrail liderlərinə edam cəzası verməyə çağırıb

14:02 25 Noyabr 2024

İranın dini lideri Seyyid Əli Xamenei İsrail liderləri haqqında ölüm hökmü verilməsinə  çağırış edib. 

Sitat.info Röytersə istinadən xəbər verir ki, Qəzza və Livanda İsrailə qarşı döyüşən Həmas və Hizbullah yaraqlılarını dəstəkləyən İranın ali lideri bazar ertəsi bildirib ki, İsrail liderləri üçün həbs qərarı deyil, edam hökmü verilməlidir.
Ayətullah Əli Xamenei  bu sözləri, Beynəlxalq Cinayət Məhkəməsinin cümə axşamı İsrailin baş naziri Binyamin Netanyahu, onun keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verilməsinə dair qərarını şərh edərkən deyib.

Səid,

Sitat.info



Xəbər xətti