İranda zəlzələ oldu, Naxçıvanda hiss edildi

21:53 26 Noyabr 2024

İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.

Sitat.info xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, saat 21:32-də Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.



Xəbər xətti