Güclü külək əsəcək - Sarı xəbərdarlıq

15:55 27 Noyabr 2024

Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən Sitat.info-ya verilən məlumata görə, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Mingəçevir, Gədəbəy, Goranboy, Samux, Şəmkir, Naftalan, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək.

Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.



Xəbər xətti