Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya

17:37 27 Noyabr 2024

Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərəkAvropa Birliyinin Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in X platformasındakı paylaşımında bildirilib.

“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.”, - məlumatda vurğulanıb.



Xəbər xətti