Moskva və Astananın bir-birlərinə bəzi sualları var, lakin bu sualları həll edə bilərik və qərarlıyıq.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə keçirilən geniş tərkibdə görüşdə deyib.
“Qazaxıstan bizim strateji tərəfdaşımız və həqiqətən etibarlı müttəfiqimizdir”, - Putin bildirib.
O qeyd edib ki, danışıqlarda ikitərəfli proses çərçivəsində yaranan problemlərə diqqət yetirilib, bəzi məsələlər Rusiya tərəfinin diqqətini tələb edir.
"Siz Rusiya tərəfdən, rusiyalı tərəfdaşlardan müəyyən qərarlar gözləyirsiniz, bizim tərəfdən də eyni suallar var", - Putin vurğulayıb.
Putin iki ölkə arasında həll edilə bilməyəcək problemin olmadığını söyləyib:
"Bu münasibətlə biz böyük uğurlar qazanacağıq".