İsmayıllı rayonunun Basqal kəndi ərazisində torpaq sürüşməsi nəticəsində ikimərtəbəli tikiliyə ciddi ziyan dəyib.
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sözügedən evin sahibinə kompensasiya ödəniləcəyini bildirib.
"Obyekt tikinti altına düşüb və sökülməsi nəzərdə tutulub. Buna görə obyekt sahibinə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiyanın ödənilməsi təmin olunacaq.
Onu da bildirim ki, artıq obyekt sahibi ilə söhbət aparılıb və kompensasiya məbləği barədə məlumat verilib", - deyə A.Nəcəfli deyib.
Qeyd edək ki, yol tikintisi zamanı evin yan-yörəsi qazılıb. Bundan sonra isə yolda çökmə əmələ gəlib və torpaq sürüşməsi baş verib.