ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı - Təhdidlər başladı

23:48 30 Noyabr 2024

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Amerika hakimiyyətinin fikrincə, Gürcüstan hökuməti Aİ-yə üzvlük prosesini dayandırmaqla xalqın iradəsinə zidd addım atıb.

Dövlət Departamenti iddia edir ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının hərəkətləri ortaq dəyərlərə və demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti və vətəndaş cəmiyyətinə hörmətə əsaslanan ABŞ-Gürcüstan strateji tərəfdaşlığının əsas müddəalarını pozur. Nəticədə Birləşmiş Ştatlar bu mexanizmi dayandırır.

Eyni zamanda, ABŞ Dövlət Departamenti hüquq-mühafizə orqanlarının etirazçılara qarşı həddindən artıq güc tətbiqini  pisləyib. 

Həmçinin Gürcüstan hökumətini “Avroatlantik inteqrasiya yoluna qayıtmağa, ölkədə baş verən bütün pozuntuları şəffaf şəkildə araşdırmağa çağırıb.

Parlament seçkiləri, sərbəst toplaşmaq və söz azadlığını məhdudlaşdıran antidemokratik qanunların ləğv edilməsi istənilib.

Aytac,

Sitat.info



Xəbər xətti