“Gürcüstan bundan əvvəl də narıncı inqilabın ənənəsini yaşamışdır. Qərbin dəstəyi ilə orada xalq özünəməxsus hakimiyyəti seçirdi. İndi də eyni ilə həmin prosses gedir. Yəni Qərb çox ciddi şəkildə Gürcüstana dəstək verib, Gürcüstan hakimiyyətinin legitimliyini qəbul etmədilər. Gürcüstanla əlaqəni kəsdilər. Gürcüstana olan bütün yardımları dayandırdılar. Bu isə xalqı daha ciddi şəkildə müharibəyə səfərbər etdi"
Bu sözləri "Sitat.info" ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
(Sitat.info hazırladığı videomateral)
Bizi sosial şəbəkələrdə də izləyin..
S.Cəlaloğlu bildirib ki, yavaş-yavaş hakimiyyət nümayəndərləri də xalqın tərəfinə keçir: "Çox güman ki, hadisələr belə inkişaf edir. Yavaş-yavaş hakimiyyət nümayəndələri də xalqın tərəfinə keçir, məhkəmələr, müdafiə nazirləri, səfirlər.. Bu onu göstərir ki, proseslər Gürcüstanda inqilabı dəyişilməyə doğru gedir. Xüsusən orda prezidentin bu məsələnin başında durmağı çox vacibdir, hətta Ukraynada döyüşən Gürcü legionerləri, hərbiçiləri də müraciət ediblər ki, onlar ölkəyə qayıdıb əllərində silah demokratiya uğrunda mübarizəyə girmək istəyirlər. Təki prezident bunları rəsmiləşdirsin. Yəni faktiki olaraq Gürcüstanda artıq iki hakimiyyətlilik var. Biri prezident və biri də Gürcüstanda hakimiyyəti qeyri-qanuni ələ alan ruspərəstlər. Proseslər hələ ki xalqın xeyirinə gedir. Dövlət məmurları hər gün yeni-yeni məsələn, məhkəmələr bəyanət verdi, səfirlər hamısı istefa verdi, bir çox nazirlər istefa verdi. Düşünürəm ki,hadisələr təkrar parlament seçkilərinə doğru gedir. Əgər qanlı bir istiqaməti Rusiya seçməsə orada təkrar seçkilərdən başqa çıxış yolu yoxdur. Bu məsələ başqa cür həll olunmayacaq".
Aytac Baxış
Sitat.info