Zelenski əsirlərindən imtina edir - Zaxarovadan şok açıqlama

10:02 3 Dekabr 2024

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna hərbi əsirlərin mübadiləsini sabotaj etməkdə davam edir.
O bildirib ki, Кiyev hökuməti 630 nəfər Ukrayna vətəndaşını qəbul etməkdən imtina edərək, hərbi əsirlərin mübadiləsi prosesini gecikdirir:

“Kiyev rejimi məhbusların dəyişdirilməsi prosesini uzadaraq, sabotaj etməkdə davam edir. Problem ondadır ki, onlar öz adamlarını götürmürlər. Əsir düşən 630 Ukrayna vətəndaşı Zelenskiyə lazım deyil. O, onlardan imtina edir. Kiyev rejimi heç bir səbəb olmadan 600-dən çox ukraynalı hərbçini geri qaytarmaq istəmir".

Zaxarova xatırladıb ki, bu il Rusiya Müdafiə Nazirliyi Ukraynaya 935 ukraynalı hərbi əsirin dəyişdirilməsi ilə bağlı təkliflər göndərib.

Aytac,

Sitat.info



Xəbər xətti