Rusiya təbii qazının Şərqi Sibirdən Çinin şimal və şərq bölgələrinə nəqli üçün tikilən boru kəməri işə salınıb.
Sitat.info xəbər verir ki, Çinin şimal-şərqindəki Heylongciang əyalətinin Heykhi şəhərindən başlayan və ölkənin ən böyük şəhəri Şanxaya qədər uzanan boru kəməri ilə qaz vurulmağa başlanıb.
“Şərq Marşrutu” adlanan 5111 kilometrlik boru kəməri dövlət səviyyəsində 9 regionun təxminən 450 milyon əhalisini hər il 38 milyard kubmetr təbii qazla təmin edəcək.
Nərgiz,
Sitat.info