"Əsədin Türkiyə ilə qeyd-şərtsiz təması, dialoqu və normallaşma iradəsi əvvəl özünün, sonra isə ölkəsinin xeyrinədir. ƏSƏD hökuməti ağlını başına almalıdır"
Sitat.info xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı partiyasının toplantısında Suriyadakı məsələlərlə bağlı danışarkən deyib..
Suriyadakı qarşıdurma mühitinə də toxunan Baxçalı, "ümidimizi Suriyanın sarsılmış dövlət quruluşuna bağlaya bilmərik. Əsəd rəhbərliyi ağlını başına almalıdır. YPG bitənə qədər meydanı boşalda bilmərik".
D.Baxçalı Hələb qalasında türk bayrağının dalğalanmasını da fikir bildirib: “Hələb özü türk və müsəlmandır. Bunu deyən tək biz deyilik. Tarix danışır, coğrafiya danışır, həqiqət danışır, əcdadlarımız danışır, Hələb qalasında dalğalanan Türk bayrağı danışır".
Səid,
Sitat.info