İki asteroid bu gün və sabah Yer kürəsinin yaxınlığından keçəcək.
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, NASA bu asteroidləri "potensial təhlükəli" olaraq qiymətləndirib.
Məlumatda qeyd olunub ki, asteroidlərə "2007 JX2" və "2020 XR" adları verilib. Onların diametrləri müvafiq olaraq 396 və 365 metr olaraq müəyyən edilib. Bununla belə, qiymətləndirmələrə əsasən, "2007 JX2" asteroidinin diametri 670 metrə, "2020 XR" isə 650 metrə qədər ola bilər.
NASA-dan bildirilib ki, Yerə hətta azca yaxınlaşan hər böyük asteroid diqqətlə izlənilir.
"Bununla onların bizdən uzaq qaldığına əmin oluruq. Bu iki "qonaq" qədər böyük ölçüdə olan bir asteroid nə vaxtsa Yer kürəsinə çırpılarsa, bizi həqiqətən çox ağır günlər gözləyir", - deyə agentlik xəbərdarlıq edib.