Suriyanın Hələb şəhər mərkəzinin Bəşər Əsəd rejiminə müxalif olan qruplar tərəfindən mühasirəyə alındıqdan sonra, PKK/YPG terrorçuları ərazilərini təslim etməyə razı olublar. Onların təxliyyəsi zamanı ABŞ istehsalı olan “Humvee” zirehli maşınlarından istifadə etdikləri görülüb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, paylaşılan görüntülərdə n PKK/YPG terrorçularının ABŞ istehsalı olan “Humvee” zirehli maşınlarından istifadə etdikləri görülüb. Hələbin şəhər mərkəzində konvoylarda silahlıların istifadə etdiyi avtomobillər arasında ABŞ istehsalı "Humvee" olaraq da bilinən çoxlu yüksək hərəkətli, çoxməqsədli, təkərli vasitələrin olduğu orataya çıxıb.
Görüntüləri paylaşanlar təşkilat üzvləri, terrorçuların mühasirədə qaldıqları Şeyx Maksud rayonunu təslim edərək geri çəkilməyə razılaşdıqlarını və Rakka vilayətində PKK/YPG-nin işğal etdiyi bölgələrə köçdüklərini qeyd ediblər.
Tehran,
Sitat.info