Fransa bu ölkədə uran mədəninə nəzarəti itirdi

19:17 4 Dekabr 2024

Fransanın böyük uran şirkəti “Orano” Nigerdəki törəmə şirkətinə əməliyyat nəzarətini itirib. Belə ki, şirkətə nəzarət Niger səlahiyyətlilərinə keçib.

Sitat.info xəbər verir ki, bu barədə Niger telekanalları məlumat yayıb.

Bildirilib ki, “Société des mines de l'Aïr” (Somaïr) şirkətinin 64,3 faizi “Orano”ya, 36,6 faizi isə Niger dövlətinə məxsus olub.

Qeyd edək ki, ölkənin suverenliyini, xüsusilə də uran məsələsini prioritet hesab edən Niamey hakimiyyəti hələ iyun ayında “Orano”dan “Imouraren” meqa yatağı və onun 200 min ton qiymətləndirilən ehtiyatlarının əməliyyat icazəsini geri götürmüşdü. Oktyabrın sonunda Fransa tərəfi törəmə şirkətin işini davam etdirə bilməməsinə görə oktyabrın 31-dən etibarən istehsalını dayandırmaq niyyətində olduğunu bildirmişdi.



Xəbər xətti