"Kreml vəziyyətdən asılı olaraq Əsədə yardımın dərəcəsini müəyyən edəcək" - Peskov danışdı

14:23 5 Dekabr 2024

Kreml Suriyada baş verənləri diqqətlə izləyir

Kreml Suriyada baş verənləri diqqətlə izləyir və “suriyalı dostlarla daim dialoq aparır”.

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda Suriyada baş verənləri çox diqqətlə izləyirik. Biz Suriyalı dostlarımızla, Suriya hakimiyyətinə yaraqlılarla mübarizə və bu təhlükəni aradan qaldırmaq üçün lazım olan yardımın dərəcəsi haqqında danışırıq və vəziyyətin qiymətləndirilməsindən asılı olaraq bu mümkün olacaq.

Xatırladaq ki, silahlı müxalifət noyabrın 27-dən Əsəd hökumətinə qarşı hücuma keçib və onlar Suriya ordusunun və hərbi obyektlərin mühafizəsi altında olan kənd və qəsəbələrə hücum ediblər və bir neçə şəhəri nəzarətə götürüblər. 

Nigar,

Sitat.info

 



Xəbər xətti