İran vədini xatırlatdı: İsrailin hücumunun cavabı veriləcək

15:31 5 Dekabr 2024

 İran verdiyi vədi yerinə yetirəcək və 26 oktyabrda İsrailin İslam Respublikası ərazisindəki hərbi obyektlərə etdiyi hücuma cavab verəcək.

Sitat.info xəbər verir ki,bunu SEPAH generalı Əli Fədavi bildirib.

"Gözləmək çox xoş bir şeydir və həqiqətən inanan bir insanın xüsusiyyətidir. İnsanlar bu əməliyyatın həyata keçməsini gözləsinlər. İslahatçı liderlərin və İnqilab Keşikçiləri Korpusunun bütün doğru vədləri indiyə qədər yerinə yetirilib. Bu da yerinə yetiriləcək", - deyə Fədavi qeyd edib. 

Aytac,

Sitat.info 



Xəbər xətti