Görədil kəndində inşaat materialları oğurlanıb.
Sitat.info DİN-ə istinadla xəbər verir ki, zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 min manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.