Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yerrmak ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nümayəndələri ilə Rusiya Federasiyasının planlarını pozmaq niyyətindən danışıb.
Sitat.info Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, Ukrayna Baş nazirinin birinci müavini - İqtisadiyyat naziri Yuliya Sviridenkonun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir və bu səfər çərçivəsində Prezident Aparatının rəhbəri Andrey Yermak da Vaşinqton, Nyu-York və Floridada olub.
O cümlədən, Prezident Aparatının rəhbəri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri ilə görüşlər keçirib.
"Tərəflər Rusiyanın planlarını, eləcə də onların qarşısını almaq üçün hansı addımların atılması lazım olduğunu müzakirə ediblər", - hesabatda qeyd olunur.
Yermak ABŞ-a və bütün Amerika xalqına Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstəyə görə təşəkkür edib.
Seymur,
Sitat.info