Suriyada Hələb şəhərini tutan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması burada yararlı vəziyyətdə olan 150-yə yaxın tankı qənimət götürüb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, müxaliflər sözügedən tankları Həma əməliyyatında da istifadə ediblər.
Suriyalı müxalif qüvvələrin Hələbdə ələ keçirdikləri, eyni zamanda Həma və Xüms hücumlarında istifadə etdikləri tankların sayı və modelləri aşağıdakı kimidir:
64 ədəd T-55 birinci nəsil döyüş tankı,
21 ədəd T-62 ikinci nəsil döyük tankı,
51 ədəd T-72 ikinci nəsil döyüş tankı,
5 ədəd T-90A yüksək texnologiyalı döyüş tankı,
4 ədəd naməlum tank modeli.