Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı

18:56 6 Dekabr 2024

Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.

Əlavə məlumat veriləcək.



Xəbər xətti