Putin icazə verdi: "Oreşnik" Belarusa göndərilir

19:25 6 Dekabr 2024

Rusiya Prezidenti Vladimir Putin "Oreşnik" hipersəs ballistik raketinin Belarusda yerləşdirilməsinə icazə verib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, "Oreşnik" 2025-ci ilin ikinci yarısında Belarusda yerləşdirilə bilər.

Bildirilib ki, Belarusdakı "Oreşnik” Rusiya Silahlı Qüvvələrinin Strateji Raket Qoşunları kompleksinin bir hissəsi olacaq, lakin hədəflərin müəyyənləşdirilməsi Minskin səlahiyyətində olacaq.



Xəbər xətti