Şimali Kipr Xarici İşlər Nazirliyinin bu mövzuda mövqeyini paylaşırıq.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Cənubi Kiprin silahlanması barədə Şimali Kiprin bəyanatını şərh edərkən bildirib.
"Cənubi Kiprin bu səhv siyasətinin regionda sabitliyin pozulmasına şərait yarada biləcəyinə və adada silahlanma yarışının başlana biləcəyini xatırlatmaq istəyirik", - XİN-in açıqlamasında bildirib.
Qeyd olunur ki, Cənubi Kipr son zamanlar silahlanma prosesini sürətləndirib.