Ukrayna hərbçiləri Rusiyanın işğal etdiyi ərazilərdə hərbçilərin toplu şəkildə qaldığı hündürmərtəbəli binaları vurur.
Sitat.info xəbər verir ki, Ukrayna Milli Qvardiyaçıları Donetskin Toretsk şəhərində Rusiyanın nəzarətində olan ərazilərində, rus əsgərlərini toplu şəkildə məhv etmək üçün hündürmərtəbəli binaları partladırlar.
Belə ki, Ukrayna Milli Qvardiyaçıları Toretsk şəhərinin mərkəzində rusların nəzarətində olan hündürmərtəbəli binaya gediblər. Zirehli maşının üstündə olan pulemyotçu ağır pulemyotdan atəş açarkən, onların arxasında əyləşən əsgərlər maşından partlayıcıları götürərək binanın divarındakı dəliyə atıblar.
Forbes jurnalı yazır ki, Ukraynanın mərkəzi Toretsk bölgəsində Rusiya mövqelərinə hücumlarından sonra atışma səngiyib. Ukrayna hərbçiləri rus işğalçılarını sıxışdırıblar.
Şəhəri xilas etmək üçün yerlə yeksan etmək, ilk baxışdan absurd taktikadır.
Lakin Ukrayna briqadaları Toretsk şəhərinin qalıqlarını ruslara təslim etmək istəmirlər, bu da tam dağıntılara gətirib çıxaracaq”.
Aytac,
Sitat.info