Suriyada silahlı müxaliflər daha bir əyaləti ələ keçiriblər.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın cənubunda yerləşən Suveyda əyalət mərkəzi də müxaliflərin nəzarətinə keçib.
Xəbərə görə, Suriyada müxalif silahlı qrupların irəliləməsi davam edir. Hələb, Homs, Həma, İdlib və Tel Fəratdan sonra HTŞ-nin başçılıq etdiyi silahlı qruplar Suveyda və Dəraa da nəzarəti ələ keçirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin ailəsi ilə birlikdə ölkəni tərk etməsi xəbəri yayıldı.
Nərgiz,
Sitat.info