Fuat Oktay: Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən əlaqələrimiz dünyaya örnəkdir

13:18 7 Dekabr 2024

"Ölkələrimiz arasında Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən əlaqələrimiz dünyaya örnəkdir".

Sitat.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həm Türkiyə, həm də Azərbaycan bir-birinin sevincli və kədərli günlərinə şahid olub:

"Türkiyə Böyük Millət Məclisi olaraq Bakıda keçiriləcək tədbirdə bütün siyasi partiyaları təmsil edən nümayəndə heyəti ilə iştirak edirik. Biz Azərbaycanın həm sevincli, həm də kədərli günlərində daim birlikdə olan iki qardaşıq. 1918-ci ildən başlayan ikitərəfli münasibətlərdə bir-birimizin sevincli və ya kədərli günlərinə şahid olmuşuq. Bu gün inkişaf edən bir Azərbaycan var. Bu ölkə gələcəkdə daha da inkişaf edəcək. 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycanda idi. Şəhidlər Xiyabanı həm o dövrdə Azərbaycanın azadlığı uğrunda canından keçən əsgərlərimiz, həm də Qarabağ müharibəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımız uyuduğu mənəvi cəhətdən uca bir yerdir. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Ölkələrimiz arasında Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən əlaqələrimiz dünyaya örnəkdir".



Xəbər xətti