Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Fransaya gedib.
Sitat.info xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
Baş nazir səhifəsində video yayımlayaraq, Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Gümrüdən Parisə getdiyini bildirib.
Qeyd edək ki, Notr-Dam kilsəsinin açılış mərasiminə ABŞ-ın yeni prezidenti Donald Tramp da qatılacaq.