Suriyada müxalifət paytaxt Dəməşqə doğru irəliləyərkən prezident Bəşər Əsədin paytaxtı tərk etməsi ilə bağlı iddialar təkzib edilib.
Suriya Prezident Aparatından verilən açıqlamada Əsədin Dəməşqdə vəzifə yerinə yetirdiyi bildirilib.
Bəyanatda deyilir: “Prezident Bəşər Əsədin Dəməşqi tərk etməsi ilə bağlı yayılan şayiələri və yalan xəbərləri qınayırıq. “Əsəd öz milli və konstitusiya vəzifələrini paytaxtdan yerinə yetirir”, - deyə məlumatda bildirilir.
Suriya dövlət xəbər agentliyi də Əsədin Dəməşqdə qalmağa davam etdiyini bildirib. Digər tərəfdən, strateji əhəmiyyətli Homs şəhərinin şimalında qarşıdurmalar davam edərkən, Əsəd rejimi bölgəyə əlavə qüvvələr göndərib.
Aytac,
Sitat.info