"Heç bir ölkənin çınqıl daşında belə gözümüz yoxdur. Suriyalı qardaşlarımız çox çətin günlər keçiriblər. 12 milyona yaxın suriyalı öz vətənlərini tərk etmək məcburiyyətində qalıb. Onlar başqa ölkələrə köçmək istəyərkən yolda həlak olublar. Aylanın körpə şəklini necə unuda bilərik? Aramızda sərhədlər ola bilər, amma bu coğrafiyada taleyimiz, qədərimiz ortaqdır. Biz əsrlər boyu birlik və sülh tərəfdarı olmağa davam edəcəyik".
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, indi Suriyada yeni siyasi və diplomatik reallıq yaranıb: " Ölkələrinin gələcəyini məhz suriyalılar həll edəcək. Bilmənizi istərdim ki, Türkiyə olaraq milli maraqlarımızı təhlükəyə atacaq heç bir hərəkətə icazə verməyəcəyik. Son 13 ildə baş verən hadisələr göstərdi ki, siz qan tökməklə, insan öldürməklə, dinc əhalinin üzərinə bomba atmaqla heç nəyə nail ola bilməzsiniz. Suriya torpaqları müharibəyə doymuşdur. Qan və göz yaşına doymuşdur.
Dəməşq rejimi Türkiyənin uzadılmış əlinin dəyərini dərk edə bilmədi. Türkiyə dünən olduğu kimi bu gün də tarixin sağ tərəfindədir. Biz heç kimin kənarda qalmadığı və əzilmədiyi, fərqli kimliklərin yan-yana sülh içində yaşadığı bir Suriya görmək istəyirik".
Məğrur,
Sitat.info