ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi

18:17 9 Dekabr 2024

ABŞ Mark Libbi səfiri Gəncəyə səfər edib, Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.

Sitat.info xəbər verir ki, bu barədə səfirliyin X hesabında bildirilib.

"Səfir Libbi Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd olunub.



Xəbər xətti