Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi

17:36 10 Dekabr 2024

Bakı-Şamaxı yolunda müşahidə olunan duman səbəbindən avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, qatı duman səbəbindən görünüş məsafəsi kəskin azalıb. Bu isə sürücülər üçün təhlükəli vəziyyət yaradır.

Bu səbəbdən hər iki istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə diqqətli olmaları tövsiyə olunur.



Xəbər xətti