Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur

11:01 12 Dekabr 2024

Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - o əlavə edib.



Xəbər xətti