Həbs edilən iş adamı kimin qohumudur? - Yeni DETALLAR

20:05 14 Dekabr 2024

Bir müddət əvvəl həbs edilən “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi xalq yazıçısı, AYB sədri Anarın nəvəsinin həyat yoldaşıdır.

Sitat.info bu barədə Axar.az-a istinadən xəbər verir.

Məlumata görə, Qafar Dəmirçi yazıçı Günel Anarqızının övladı Sezen Məmmədli ilə ailə həyatı qurub.

2022-ci ilə evlənən cütlüyün bir qızı var.

Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan AQQ şirkətinin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti