İsrailin Qəzzaya hücumlarında azı 100 fələstinli həlak olub

08:08 16 Dekabr 2024

İsrailin Qəzza zolağına sonuncu hücumları nəticəsində azı 100 fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında köçkün fələstinlilərin sığındığı dörd məktəbi bombalanması nəticəsində ən azı 100 nəfər ölüb.

Ölənlər arasında “Əl-Cəzirə” kanalının operatoru, daha iki fələstinli jurnalist və Fələstin Mülki Müdafiəsinin beş əməkdaşı olduğu bildirilib.



Xəbər xətti