Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Kaya Kallas bu gün Aİ-nin Şama yüksək səviyyəli diplomatik heyət göndərəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Kallas, vəzifəyə gəldikdən sonra sədrlik edəcəyi ilk Aİ Xarici İşlər Nazirləri Şurasının iclası öncəsi jurnalistlərə açıqlama verib.
O, nazirlərin əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olduğunu bildirib:
"Suriyadakı ən yüksək səviyyəli diplomatımız bu gün Şamda olacaq", - deyə Kallas qeyd edib.
Kallas həmçinin əlavə edib ki, diplomatların Şama gedərək yeni hökumətlə və yerli əhali ilə əlaqə qurması vacibdir.
Kənan Yusif
Sitat.info