Putinlə mütləq danışmalıyam - Vuçiç

19:20 17 Dekabr 2024

Serbiya Prezidenti Aleksandr Vuçiç Kreml rəhbəri Vladimir Putinlə Rusiya ilə yeni qaz müqaviləsinin bağlanması məsələsini müzakirə etmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bu barədə A.Vuçiç hökumətin iclasında deyib.

"Mən Putinlə NİS (Serbiya Neft Sənayesi) şirkətinə qarşı sanksiyalar və qaz razılaşması barədə danışmalı olacağam. Telefonla, yaxud başqa formada... Lakin onunla mütləq bu barədə danışmalıyam”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə o qeyd edib ki, ABŞ-ın 2025-ci il yanvarın 1-dən NİS-ə qarşı sanksiyalar tətbiq etmək qərarı Belqradın anti-Rusiya məhdudiyyətlərinə qoşulmaqdan imtina etməsinə təsir etməyəcək.



Xəbər xətti