Zəngəzur dəhlizi ilə bağlı Türkiyədən növbəti açıqlama

20:40 18 Dekabr 2024

Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi tezliklə həyata keçiriləcək. 

Sitat.info "Hüriyyət”ə istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.

O qeyd edib ki, Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəkləyir:

“Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Bunun sülh dəhlizinə çevriləcəyinə ümid edirəm”.



Xəbər xətti