Heç bir şərt olmadan danışıqlara hazırıq - Putin

17:15 19 Dekabr 2024

Hər zaman danışıqlara və kompromisə hazır olduğumuzu bildrimişik. Sadəcə əks tərəf (Kiyev - red.) danışıqlardan imtina edib.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş konfransda deyib.

“Heç bir şərt qoymadan dialoq aparmağa hazırıq. 2022-ci ilin sonunda İstanbul danışıqlarında nəticəyə çatmışdıq və yenə də təkrar edirəm, Ukrayna tərəfi bu sənədlə tamamilə razı idi”, - Putin bildirib.



Xəbər xətti