Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

17:40 23 Dekabr 2024

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Parlamentinin sədri Ana Brnabiç ilə görüşüb.

Sitat.info  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi üzrə birgə səyləri müzakirə edilib.

Bu baxımdan qarşılıqlı səfər və görüşlərin, eləcə də parlament dostluq qruplarının rolu vurğulanıb.

 



Xəbər xətti